...

"Paşa Bank" yeni "Oracle FLEXCUBE" platformasını tətbiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2015 12:47 (UTC +04:00)
Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank yeni "Oracle FLEXCUBE" bank platformasına keçir.
"Paşa Bank" yeni "Oracle FLEXCUBE" platformasını tətbiq edir

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank yeni "Oracle FLEXCUBE" bank platformasına keçir. Bankdan Trend-ə verilən məlumata görə, bu addım bankın Azərbaycan, Türkiyə və Gürcüstanda fəaliyyətinin genişləndirilməsi çərçivəsində biznes proseslərinin modernləşdirilməsi üçün atılıb.

PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə əsasən, regionun sahibkarları tərəfindən aparılan biznesin miqyası ildən-ilə artır. Buna görə də, Bank onların gələcək inkişafı üçün lazımi dəstəyi göstərə biləcəyinə əmin olmalıdır.

T.Kazımov bildirib: "Biz "Oracle" həllini çıxışımızı bütün dünyada aparıcı maliyyə təşkilatlarının istifadə etdiyi qabaqcıl texnologiyalara açdığı üçün seçmişik. Bank sektoru üçün ən müasir texnoloji işlənmələri özündə birləşdirən bu bank platforması qərarların qəbul edilməsinin operativliyini və regional miqyasda apardığımız biznes proseslərinin operativliyini təmin edəcək. İnamla demək olar ki, yeni bank sisteminə keçid PAŞA Banka öz fəaliyyətini "Azərbaycan-Türkiyə-Gürcüstan" iqtisadi üçbucağı çərçivəsində aparan müştərilərin tələblərinə daha çevik və tez cavab verməyə imkan yaradır".

Qeyd edək ki, "Oracle FLEXCUBE" xüsusi olaraq maliyyə müəssisələri üçün işlənib hazırlanmış proqram təminatıdır. Əsas bank funksiyalarını, internet çıxışı və s. özündə əhatə edən bu proqram təminatı təşkilata gündəlik iş prosesini modernləşdirməyə imkan verir.

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti