...

Banklar mövcud bazar şəraitinə uyğun strateji hədəfləri müəyyən edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2015 16:26 (UTC +04:00)
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüsü və Azərbaycan Mərkəzi Bankının (AMB) dəstəyi ilə ABA-nın Rəyasət Heyəti və AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov arasında Assosiasiyada görüş keçirilib.
Banklar mövcud bazar şəraitinə uyğun strateji hədəfləri müəyyən edir

Bakı. Trend:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüsü və Azərbaycan Mərkəzi Bankının (AMB) dəstəyi ilə ABA-nın Rəyasət Heyəti və AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov arasında Assosiasiyada görüş keçirilib.

ABA-dan Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan Prezidentinin sahibkarlığa dəstək və onun inkişaf etdirilməsi ilə bağlı göstərişlərinə əsaslanaraq bankların 2016-ci il üzrə fəaliyyət planlarının tərtib edilməsi ilə əlaqədar yeni strategiyaların hazırlanması, mövcud bazar şəraitinə və şərtlərinə uyğun strateji hədəflərin müəyyən edilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüşdə xüsusi müzakirə edilən və diqqət mərkəzində olan məsələlərdən biri də yeni şəraitdə bankların əhaliyə göstərdiyi xidmətlərin keyfiyyətinin artırılması, əhalinin mənafeyinin qorunması, maliyyə vəsaitlərinə çıxışın asanlaşdırılması istiqamətində işlərin davam etdirilməsi, eləcə də kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə yeni layihə və proqramların hazırlanması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti