...

“Bakcell” şirkəti “Bakutel-2015” sərgisinin kommunikasiya tərəfdaşı oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2015 13:07 (UTC +04:00)
Bu il “Bakcell” şirkəti Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” “Bakutel” sərgisinin kommunikasiya tərəfdaşı qismində çıxış edir.
“Bakcell” şirkəti “Bakutel-2015” sərgisinin kommunikasiya tərəfdaşı oldu

Bakı. Trend:

Bu il "Bakcell" şirkəti Azərbaycan Beynəlxalq "Telekommunikasiya və İnformasiya texnologiyaları" "Bakutel" sərgisinin kommunikasiya tərəfdaşı qismində çıxış edir.

Artıq uzun illərdir ki, sərgi ilə ölkənin ilk mobil rabitə operatoru arasında əməkdaşlıq əlaqələri mövcuddur. "Bakutel" sərgilərində daim fəal iştirak edən "Bakcell" şirkəti uzun müddətdir ki, ziyarətçiləri öz stendlərinin orijinallığı və maraqlı qonaqları, eləcə də, müştəriləri üçün sərfəli təklif və xidmətləri ilə həm təəccübləndirir, həm də sevindirir.

"Biz şadıq ki, "Bakutel" sərgisinin daimi iştirakçısı və ölkənin ilk mobil
operatoru indi bu tədbirin həm də kommunikasiya tərəfdaşıdır. Sərginin keçirildiyi illər ərzində bizim yüksək səviyyəli işgüzar münasibətlərimiz yaranmışdır ki, bu da öz növbəsində qarşılıqlı faydalı tərəfdaşlıq müqaviləsinin əsasını qoymuşdur. Bundan başqa, razılaşmamızın tərkib hissəsi kimi, 2015-ci ilin noyabr ayından etibarən "Iteca Caspian" şirkətinin bütün əməkdaşları "Bakcell" şirkətinin telekommunikasiya xidmətlərindən istifadə etməyə başlayıblar." - deyə "Iteca Caspian" şirkətinin icraçı direktoru
Fərid Məmmədov qeyd edib.

""Bakcell" şirkəti ilk sərgidən başlayaraq BakuTel-in daimi iştirakçısı olub. Telekommunikasiya sahəsinin önəmli tədbirlərindən biri olan BakuTel bizə mövcud və gələcək müştərilərimizlə birbaşa əlaqə saxlamaq üçün şərait yaratmaqla yanaşı, əməkdaşlıq üçün yeni imkanlar açır" - deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti