...

Azərbaycan Prezidenti daxili dövlət borcunun 3 dəfə artırılmasını təsdiq etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2015 14:37 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2015-ci il üçün Azərbaycanın daxili dövlət borcununun yuxarı həddinin 3 milyard manatadək artırılmasını nəzərdə tutan “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər təsdiq edilib.
Azərbaycan Prezidenti daxili dövlət borcunun 3 dəfə artırılmasını təsdiq etdi

Bakı. Trend:

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2015-ci il üçün Azərbaycanın daxili dövlət borcununun yuxarı həddinin 3 milyard manatadək artırılmasını nəzərdə tutan "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər təsdiq edilib.

Dəyişikliklərə əsasən, Azərbaycan Prezidentinin 15 iyul və 7 avqust 2015-ci il tarixli fərmanlarının icra edilməsi çərçivəsində bir sıra dövlət layihələrinin maliyyələşdirilməsi məqsədilə daxili dövlət borcunun həddi 1,5 milyard manatdan 4,5 milyard manatadək artırılıb.

Bu dəyişikliklər 15 iyul 2015-ci ildən tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti