...

"airBaltic" Bakıya mütəmadi reysləri bərpa edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2015 20:42 (UTC +04:00)
Latviyanın "airBaltic" aviaşirkəti Bakı və Riqa şəhərləri arasında mütəmadi reysləri bərpa edə bilər.
"airBaltic" Bakıya mütəmadi reysləri bərpa edə bilər

Bakı. Ənvər Məmmədov - Trend:

Latviyanın "airBaltic" aviaşirkəti Bakı və Riqa şəhərləri arasında mütəmadi reysləri bərpa edə bilər.

Trend-in məlumatına görə, bunu Latviyanın iqtisadiyyat naziri Dana Reizniece-Ozola Bakıda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "airBaltic" Bakıya reyslər həyata keçirməyə davam edir, lakin onlar yalnız yay mövsumündə icra olunur: "Bu, turizmlə əlaqədar olaraq uçuşlara məhz yayda tələbatın artması ilə əlaqədardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti