...

ASB plastik kartları "3D Secure" sisteminə qoşulacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2015 17:13 (UTC +04:00)
1 dekabr 2015-ci il tarixindən etibarən ASB-nin bütün plastik kart müştəriləri avtomatik olaraq “3D Secure” xidmətinə qoşulacaqlar.
ASB plastik kartları "3D Secure" sisteminə qoşulacaq

Bakı. Trend:

1 dekabr 2015-ci il tarixindən etibarən ASB-nin bütün plastik kart müştəriləri avtomatik olaraq "3D Secure" xidmətinə qoşulacaqlar.

Ediləcək hər bir əməliyyat zamanı müştəriyə SMS vasitəsilə yenilənmiş, xüsusi şifrə göndəriləcək. Əldə edilmiş şifrə internet ödənişləri zamanı istifadə edilərək, əməliyyatlar daha təhlükəsiz həyata keçiriləcək.

Bu xidmət ASB-nin bütün "Visa", "Visa Electron" kartlarına tətbiq olunacaq. Müştərilər xüsusi şifrəni əldə etmək üçün "SMS xəbərdarlıq" xidmətinə qoşulmalıdırlar. "SMS xəbərdarlıq" xidməti ASB-də ödənişsiz təqdim olunur.

"Azərbaycan Sənaye Bankı" müştərilərinin təhlükəsizliyini düşünərək bu sistemə qoşulub. Təqdim olunan "3D Secure" internet vasitəsilə edilən əməliyyatlar zamanı dələduzluğunun qarşısını almaq üçün qabaqcıl texnologiyadır. Bank kartın və kart sahibinin etibarlılığını online rejimdə yoxlayır və buna görə yüksək səviyyədə təhlükəsizliyi təmin edir. Bu o deməkdir ki, plastik kartın məlumatları itirildikdə kartın sahibindən başqa və ya onun xəbəri olmadan internet vasitəsilə heç bir əməliyyat aparıla bilməz.

"Azərbaycan Sənaye Bankı" daha öncə də "Mastercard" və "Maestro" kartlarında "3D Secure" xidmətini tətbiq etmişdi.

Xatırladaq ki, "Azərbaycan Sənaye Bankı" ASC 1996-cı ildən fəaliyyətə başlayıb. Bankın məcmu kapitalının həcmi 69,1 milyon manat təşkil edir. Bankın digər xidmətləri haqqında www.asb.az ünvanından ətraflı məlumat alına bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti