...

İrana qarşı sanksiyaların ləğv edilməsi Azərbaycan və Pakistan arasında ikitərəfli ticarətin həcmini artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2015 12:18 (UTC +04:00)
Gələcəkdə İrana qarşı iqtisadi sanksiyaların ləğv edilməsi Azərbaycan və Pakistan arasında ikitərəfli ticarətin həcmini artıracaq.
İrana qarşı sanksiyaların ləğv edilməsi Azərbaycan və Pakistan arasında ikitərəfli ticarətin həcmini artıracaq

Bakı. Ənvər Məmmədov - Trend:

Gələcəkdə İrana qarşı iqtisadi sanksiyaların ləğv edilməsi Azərbaycan və Pakistan arasında ikitərəfli ticarətin həcmini artıracaq.

Trend-in "Customs Today" agentliyinə istinadən verdiyi məlumata görə, bunu London Ticarət Sənaye Palatasının prezidenti şeyx Məhəmməd Arşad Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla görüşdə deyib.

Onun sözlərinə görə, Pakistan İran ərazisi ilə Azərbaycana yüklərini xeyli asan daşıya biləcək ki, bu da ikitərəfli ticarətin genişləndirilməsinə müsbət təsir göstərəcək.

Palata prezidenti qeyd edib ki, iki ölkənin özəl sektorunun əməkdaşlığının və ikitərəfli ticarətin genişləndirilməsi üçün səy göstərmək lazımdır: "Hazırda iki ölkə təyyarə ilə daşımağın asan olduğu mallarla ticarət aparmalıdır. Bunlar idman malları, texniki avadanqlıqlar və tibbi aparatlar, tütnü, qiymətli daşlar və digər belə mallar ola bilər".

D.Şikarovun sözlərinə əsasən, Azərbaycan Pakistanla ticari və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə çalışır: "İki ölkə arasında ikitərəfli ticarətin həcmi ticarət nümayəndələrinin qaşılıqlə səfərləri və sərgilərin keçirilməsi ilə artırıla bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti