...

Azərbaycan gəmiçilik tariflərini azaltdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2015 19:56 (UTC +04:00)
Azərbaycan gəmiçilik tariflərini azaldıb.
Azərbaycan gəmiçilik tariflərini azaltdı

Bakı. Trend:

Azərbaycan gəmiçilik tariflərini azaldıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən Trend-ə verilən məlumata görə, Türkiyədən Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq göstərişlərini rəhbər tutaraq, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq edir.

Yeni tarif sürücü ilə birlikdə 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Aktau və ya Aktau-Bakı) daşınması üçün 1,200 ABŞ dolları məbləğində müəyyənləşdirilir. Geri dönüş üçün bilet öncədən alındığı halda, bu tarif hər iki istiqamətə bir qədər də aşağı, cəmi 2,100 ABŞ dolları təşkil edəcək.

Tarif, ABŞ dolları ilə

Bir tərəfə

İki tərəfə

Qoşqulu yük avtomobili (16,5 metr uzunluqda TİR) (1 nəfər sürücü daxil olmaqla)

1,200

2,100

QSC bildirir ki, Bakı-Aktau və Aktau-Bakı istiqamətlərində daşımalar Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanından aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti