...

Azərbaycanda gəmi agentlərinin fəaliyyəti üzrə dövlət rüsumu tətbiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2015 10:07 (UTC +04:00)
Azərbaycanda dəniz limanlarında gəmi agentlərinin fəaliyyəti üzrə sertifikatların alınması üçün dövlət rüsumunun tətbiqi planlaşdırılır.

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda dəniz limanlarında gəmi agentlərinin fəaliyyəti üzrə sertifikatların alınması üçün dövlət rüsumunun tətbiqi planlaşdırılır.

Trend-in məlumatına görə, bu, Ticarət Gəmiçilyi Məcəlləsinə edilən dəyişikliklər layihəsində nəzərdə tutulub. Dəyişikliklər layihəsi Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında müzakirə edildikdən sonra təsdiq edilməsi üçün parlamentin plenar iclasına tövsiyə edilib.

Sertifikatın alınması üçün dövlət rüsumu 50 manat həcmində müəyyən edilib.

Məcəlləyə redaktə xarakterli dəyişikliklər də edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti