...

"Palmali" yeni iri tankerini istismara verdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2015 16:30 (UTC +04:00)
"Palmali" Şirkətlər Qrupu öz tərsanəsində inşa etdiyi ikinci “Armadi Pride” tankerini istismara verib.
"Palmali" yeni iri tankerini istismara verdi (FOTO)

Bakı. Trend:

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Palmali" Şirkətlər Qrupu öz tərsanəsində inşa etdiyi ikinci "Armadi Pride" tankerini istismara verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Armadi Pride"-dan sonra daha 2 nəhəng tankerin suya enişi planlaşdırılır.

Malta bayrağı altında üzən gəmi yük üçün Rusiyanın Qafqaz limanına doğru yola düşüb. RST22M layihəsi üzrə hazırlanmış tanker çay-dəniz nəqliyyatı üçün nəzərdə tutulub. Tanker Rusiya dəniz gəmiçiliyi registrinin nəzarəti altında hazırlanıb. "Volqa-Don maks" klasslı "Armada Pride" tankerinin dedveyti 7,1 min tondur.

Gəmi texniki xüsusiyyətlərinə görə Volqa-Don kanalından və Volqa-Baltik su yollarından keçmək qabiliyyətinə malikdir. Gəminin qabarit uzunluğu 139,95 metr, eni 16,6 metr, göyərtə yüksəkliyi 6,0 metrdir.

Yeni layihəyə əsasən hazırlanan tanker daha da gücləndirilmiş dəniz funksiyasına malik olmaqla, bütün beynəlxalq daşıma tələblərinə tam cavab verir. Layihələndirmə zamanı dünya neft şirkətlərinin xüsusi tələbləri və əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb.

Tanker Rusiyanın daxili suları ilə, həmçinin Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Baltik dənizi və Şimal dənizi ilə hərəkət edəcək. Reyslərə Avropa və İrland dənizi ətrafında reyslər daxildir.

"Palmali" Şirkətlər Qrupu Aralıq dənizi, Xəzər və Qara dəniz sularında, əsasən, SOCAR və LUKOYL kimi neft şirkətlərinin yüklərini daşıyır. Həmçinin şirkət digər böyük neft və neft məhsulları şirkətləri ilə uzunmüddətli müqavilələrə malikdir.

"Palmali" 129 gəmisi ilə Aralıq dənizi, Ağ dəniz və Qara dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. "Palmali"nin ən böyük müştərisi dünyaca məşhur olan BP şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə donanma sayı isə 220-ni ötür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti