...

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları Azərbaycanda "Bank VTB"yə təsir etməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2015 13:10 (UTC +04:00)
VTB (Azərbaycan)-ın ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatların siyahısına daxil edilməsi 2014-cü ilin sentyabrından tətbiq olunan sanksiyaların hüquqi qüvvəsini dəyişmir.
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları Azərbaycanda "Bank VTB"yə təsir etməyəcək

Bakı. Azad Həsənli - Trend:

VTB (Azərbaycan)-ın ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatların siyahısına daxil edilməsi 2014-cü ilin sentyabrından tətbiq olunan sanksiyaların hüquqi qüvvəsini dəyişmir.

Bunu Trend-ə bankın İdarə Heyətinin sədri Yuri Yakovlev deyib.

Onun sözlərinə görə, "Bank VTB" (Azərbaycan) yüksək likvidlik və kapital səviyyəsini qoruyaraq ştat rejimində fəaliyyət göstərməyə davam edir: "Sanksiya siyahısında konkret təşkilatların adının açıqlanması bank VTB (Azərbaycan)-dan hər hansısa alternativ qərarların verilməsini tələb etmir. Çünki tətbiq olunan sanksiyalar əsasən bankın kapitalına ABŞ-dan 30 gündən çox müddətə vəsaitin cəlb olunmasını məhdudlaşdırır".

Y.Yakovlev qeyd edib ki, bank əsas vəsaitləri ölkə daxilindən cəlb edir və baş ofis VTB-nin dəstəyindən istifadə edir: "Bank müştəriləri qarşısında öhdəliklərini yerinə yetirir və bildirir ki, ABŞ tərəfindən məhdudlaşdırma tədbirlərinin uzadılması bankın nə fiziki, nə hüquqi müştərilərinə təsir etməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti