...

Visa: ABŞ-ın sanksiyaları Bank VTB kartlarının istifadəsinə məhdudiyyət qoymur

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2015 14:58 (UTC +04:00)
Bank VTB-nin (Azərbaycan) ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatların siyahısına salınması ilə bağlı kart əməliyyatları zamanı məhdudiyyətlərin mümkünlüyü barədə VTB plastik kart sahiblərinin sualları ortaya çıxıb.
Visa: ABŞ-ın sanksiyaları Bank VTB kartlarının istifadəsinə məhdudiyyət qoymur

Bakı. Trend:

Bank VTB-nin (Azərbaycan) ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatların siyahısına salınması ilə bağlı kart əməliyyatları zamanı məhdudiyyətlərin mümkünlüyü barədə VTB plastik kart sahiblərinin sualları ortaya çıxıb.

Bankdan Trend-ə verilən məlumata görə, bu məsələ ilə bağlı "Visa" şirkətinə müraciət olunub. "Visa" şirkətindən müraciətə cavab olaraq bildirilib ki, heç bir ölkədə, o cümlədən Rusiya və xarici dövlətlərdə VTB kartlarının istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb və qoyulmayacaq.

"Visa" şirkətinin cavabında bildirilir: "Visa" təsdiq edir ki, ABŞ Xəzinədarlıq Departamentinin 22 dekabr 2015-ci ildə məlumat verdiyi sektorial sanksiyaların "Visa" kartlarından istifadə edilməklə həyata keçirilən tranzaksiya əməliyyatlarına aidiyyəti yoxdur".

Qeyd edək ki, digər ödəmə sistemlərinin plastik kartlarının istifadəsinə də heç bir məhdudiyyət qoyulmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti