...

“Meqa Sığorta” ASC – Yeni ilə yeni xidmətlərlə!

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2016 12:05 (UTC +04:00)
Daima öz müştərilərinin rahatlığını düşünən və müasir texnologiyaların tətbiqinə diqqət göstərən “Meqa Sığorta” ASC sığorta haqlarının ödənilməsi üçün yeni ödəniş xidmətini öz müştərilərinin istifadəsinə vermişdir.
“Meqa Sığorta” ASC – Yeni ilə yeni xidmətlərlə!

Bakı. Trend:

Daima öz müştərilərinin rahatlığını düşünən və müasir texnologiyaların tətbiqinə diqqət göstərən "Meqa Sığorta" ASC sığorta haqlarının ödənilməsi üçün yeni ödəniş xidmətini öz müştərilərinin istifadəsinə vermişdir. Trend-in məlumatına görə, artıq "Meqa Sığorta" ASC-də əldə etdiyiniz sığorta müqavilələri üzrə sığorta haqqını və ya onun hissəsini ödəmək üçün şirkətin ofisinə yaxınlaşmağa və ya satış nümayəndəsi çağırmağa heç bir ehtiyac yoxdur. Bundan sonra "Meqa Sığorta" ASC müştəriləri Bakı şəhəri və Azərbaycanın müxtəlif bölgələrində yerləşən eManat ödəniş terminallarına yaxınlaşaraq, sığorta haqqlarının tez, etibarlı və rahat şəkildə həyata keçirə bilərlər. Sayı 2100-dən artıq olan eManat ödəniş terminalları əsasən market və supermarketlərdə, metro və keçidlərdə, qaz və su idarələrində, müxtəlif ticarət və biznes mərkəzlərində, təhsil və səhiyyə ocaqlarında yerləşir.

eManat ödəniş terminalı vasitəsilə "Meqa Sığorta" ASC ödənişlərini həyata keçirmək üçün aşağıdakılara əməl etmək lazımdır:

1. İstifadəniz üçün asan olan dili (azərbaycan, ingilis, rus) seçin
2. Mövcud olan menudan "Meqa Sığorta" ASC-ni seçin
3. "Sığorta haqqını ödə" düyməsini basın
4. Sığorta müqaviləsinin nömrəsini daxil edin və irəli düyməsinə basın
5. Sığortalının şəxsiyyət vəsiqənizin pin kodunu daxil edin və irəli düyməsini basın
6. Mobil nömrənizi daxil edin və irəli düyməsini basın
7. Daxil edilmiş məlumatların düzgünlüyünü təsdiq edin
8. "Əsginasları daxil edin" səhifəsində sığorta müqaviləsində göstərilmiş sığorta haqqını və ya onun hissəsini daxil edin
9. Əməliyyatın sonu və ödənişi təsdiq edən qəbzin çapı

Xatırladaq ki, "Meqa Sığorta" ASC həmçinin Azərbaycan sığorta bazarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsini ödəniş terminalı vasitəsi ilə alınmasını təklif edən ilk və yeganə şirkətdir. eManat terminalının əsas səhifəsində "Meqa Sığorta" ASC-ni seçib mobil nömrəni, şəxsiyyət vəsiqəsinin pin kodunu və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsini daxil etdikdən sonra terminal avtomatik olaraq sığorta haqqını hesablayır və ekranda göstərilən sığorta haqqı ödənildikdən sonra icbari sığorta şəhadətnaməsi dərhal qüvvəyə minir və həmçinin mobil nömrəyə İcbari Sığorta Bürosu tərəfindən sığorta şəhadətnaməsinin etibarlılığı haqqında SMS göndərilir. Sığorta şəhadətnaməsi isə ən geci 48 saat ərzində "Meqa Sığorta" ASC-nin satış nümayəndəsi tərəfindən müştəriyə çatdırılır.

"Meqa Sığorta" ASC sığorta fəaliyyətinə 01.10.2010-cu il tarixində başlamışdır. Şirkətin nizamnamə kapitalını 14.5 milyon AZN təşkil edir. "Meqa Sığorta" ASC müştərilərə 28 könüllü və 3 icbari sığorta növü üzrə Bakıda və Azərbaycanın 14 müxtəlif bölgələrində sığorta xidmətləri təklif edir. Şirkət 2013-cü ildə ən dinamik inkişaf edən sığorta şirkəti kimi "UĞUR" mükafatına, 2015-ci ildə isə Avropa Biznes Assambleyasının mütəxəssisləri İsveçrə keyfiyyət standartları institutu ilə birlikdə "Dünyanın Dinamik inkişaf edən şirkətləri" mövzusunda apardıqları araşdırmalar nəticəsində keyfiyyət idarəetmə sisteminin, məhsul və xidmətlərin inkişafında yüksək nailiyyətlər qazandığına görə "European Quality Award" və "Consulting & Business" nəşriyyatı tərəfindən "İlin sığorta şirkəti" mükafatlarına layiq görülmüşdür. 2015-ci ildə "Meqa Sığorta" ASC həmçinin İsveçrənin SGS beynəlxalq audit şirkəti tərəfindən ISO-9001 2008 keyfiyyət sertifikatı ilə təltif edilmişdir.

Müştərilərinin maraq və ehtiyaclarını diqqətə almaqla yüksək səviyyəli müştəri xidmətləri təklif etmək üçün daima öz üzərində çalışan "Meqa Sığorta" ASC peşəkar və etibarlı tərəfdaş olmaqla müştərilərinə qayğısız və arxayın həyat təmin etməyi özünə başlıca məqsəd seçmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti