...

Maliyyə naziri: Büdcənin xərclər hissəsində lazımi düzəlişlər ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2016 10:52 (UTC +04:00)
Büdcənin xərclər hissəsində lazımi düzəlişlər ediləcək.
Maliyyə naziri: Büdcənin xərclər hissəsində lazımi düzəlişlər ediləcək

Bakı. Azad Həsənli - Trend:

Büdcənin xərclər hissəsində lazımi düzəlişlər ediləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.

O, qeyd edib ki, ilk növbədə, manatın yeni məzənnə siyasəti ilə bağlı müəyyən qiymət artımlarının təsirinin əhalinin ən həssas qrupları üçün azaldılması və yumşaldılması məqsədilə müəyyən sosial imtiyazlar verilir: "Yəni bununla əlaqədar dövlət başçısının xüsusi tapşırığı var və tapşırığa uyğun olaraq, büdcədə də müvafiq düzəlişlər olunacaq".

Nazirin sözlərinə görə, əməkhaqlarının artırılması, eyni zamanda məcburi köçkünlərə ərzaq müavinətlərinin verilməsi ilə bağlı maliyyə təminatının yaradılması və digər sosial müavinətlər üçün dövlət büdcəsinin xərclər hissəsində də müvafiq dəyişikliklərin edilməsinə zərurət yaranıb: "Azalan gəlirlərin təmin edilməsi üçün müəyyən tədbirlər görülməlidir. Gəlir mənbələrinin artımını təmin etməliyik. Bu məsələlər yeni büdcədə öz əksini tapmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti