...

Deloitte Azərbaycan Maliyyə Məsləhəti praktikası üzrə yeni rəhbər təyin edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2016 10:06 (UTC +04:00)
Deloitte Azərbaycan Daniyar Adigamovu Maliyyə Məsləhəti (MM) xidmətləri praktikası üzrə yeni rəhbər təyin etdiyini elan edib.
Deloitte Azərbaycan Maliyyə Məsləhəti praktikası üzrə yeni rəhbər təyin edir

Bakı. Trend:

Deloitte Azərbaycan Daniyar Adigamovu Maliyyə Məsləhəti (MM) xidmətləri praktikası üzrə yeni rəhbər təyin etdiyini elan edib.

Trend-in məlumatına görə, Deloitte Azərbaycanda tutduğu vəzifədən əvvəl D.Adigamov 16 ilə yaxın digər "Böyük Dörd"lük firmasında -8 il audit departamentində və 3 il Moskvadakı Əməliyyatlar Xidmətləri departamentində çalışıb. Bundan sonra, o Qazaxıstanın Almatı şəhərinə qayıdaraq Orta Asiyada Əməliyyatlar və Restrukturizasiya Xidmətləri departamentini quraraq, ona rəhbərlik edib.

D.Adigamovun yerli və beynəlxalq müştərilərə peşəkar xidmətlərin göstərilməsi sahəsində geniş təcrübəsi vardır. O, satınalmalara əlaqədar 100-ə yaxın yoxlamalara, eləcə də audit və MDB-də maliyyə sektorunda (sığorta şirkətləri, banklar, lizinq şirkətləri və pensiya fondları) borcların restrukturizasiyasına dəstək layihələrinə rəhbərlik edib.

D.Adigamov Deloitte Azərbaycanın Maliyyə Məsləhəti praktikasına rəhbərlik edərək müxtəlif mühüm əhəmiyyətli layihələrdə onu təmsil edəcək və Deloitte Azərbaycanın mövcud və yeni müştəriləri ilə fəal əlaqələrin qurulmasına cavabdeh olacaq. Onun bütün fəaliyyətləri Deloitte Azərbaycan şirkətində tutduğu yeni vəzifənin reallaşdırılmasına və Şirkətin fəaliyyət göstərdiyi dairələrdə fərq yaradan həllərə xüsusi diqqət verilməsinə yönələcək. Deloitte-un Maliyyə Məsləhəti Praktikası xidmətləri birləşmələr və udulmalar, restrukturizasiya, kapitalın cəlb edilməsi, məhkəmə araşdırmaları, infrastrukturla bağlı məsləhət və qiymətləndirmələr kimi müxtəlif xidmətləri özündə birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti