...

"Muğanbank" "Bank of Azerbaijan"ın əmanətçilərinə kompensasiya ödəmək üçün agent bank seçildi - ÜNVANLAR

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2016 17:10 (UTC +04:00)
"Muğanbank" "Bank of Azerbaijan"ın əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün agent bank seçilib.
"Muğanbank" "Bank of Azerbaijan"ın əmanətçilərinə kompensasiya ödəmək üçün agent bank seçildi - ÜNVANLAR

Bakı. Trend:

"Bank of Azerbaijan" ASC-nin lisenziyasının ləğv olunması ilə əlaqadər, bu bankın əmanətçilərinə qorunan əmanətlərin ödənilməsi üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən seçim aparılıb və "Muğanbank" ASC Fond tərəfindən "Bank of Azerbaijan"ın əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün agent bank seçilib.

"Muğanbank"dan Trend-ə verilən məlumata görə, müvafiq qərar ADIF və "Muğanbank" ASC arasında imzalanmış 22.01.2016-cı il tarixli daxili muqavilə ilə rəsmiləşdirilib. Kompensasiya ödənişləri "Muğanbank"ın Bakı şəhəri üzrə 4 filialında, Abşeron rayonunda yerləşən 1 filialı və regionlarda yerləşən 3 filialında həyata keçiriləcək.

Qeyd edək ki, 2012-ci ildə "Muğanbank" lisenziyası artıq ləğv olunmuş "Royal Bank" ASC-nin də əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiya ödənişlərini həyata keçirib və bu sahədə müvafiq təcrübəyə malikdir.

"Bank of Azerbaijan" ASC

"Muğanbank" ASC

Filiallar

Filiallar

Mərkəzi filial

4 saylı şöbə

Bakı şəhəri, Həsən Əliyev küçəsi, 24

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 95

1 saylı filial

Nəsimi filialı

Bakı ş., Ş.Bədəlbəyli küç., 94

Bakı ş., Bül-bül pr., 53, mənzil 4-9

3 saylı filial Sahil

Qərb filialı

Bakı ş., S.Vurğun küç., 3

Bakı ş., Səbail r-nu, Nizami küç., 96

4 saylı filial

4 saylı şöbə

Bakı ş., Y.V. Çəmənzəminli küç., 14

Bakı ş., Nəsimi r-nu, Azadlıq pr., 95

7 saylı filial

Mərkəzi filial

Bakı ş., Nəsimi r-nu 3005-ci məhəllə, Cavadxan küç., 11

Bakı ş., Cavadxan küç., 11

20 sayli filial

4 saylı şöbə

Bakı ş., Nəsimi r-nu, Azadlıq pr., 125

Bakı ş., Nəsimi r-nu, Azadlıq pr., 95

23 saylı filial Avtovağzal

Abşeron filialı

Bakı ş., Sumqayıt şosesi, 3, Beynəlxalq avtovağzalın 1-ci mərtəbəsi

Xırdalan ş., M.Hüseynzadə küç., 1

22 saylı filial Gəncə

Gəncə filialı

Gəncə ş., Ş.İ.Xətai pr. ilə H.Əliyev pr. kəsişməsində, 56 A

Gəncə ş., Cavadxan küç.,36

17 saylı filial Ucar

Ucar filialı

Ucar rayonu, Qarabörk kəndi

Ucar rayonu, Oğuz küçəsi, 44

16 sayli filial Zərdab

Ağcabədi filialı

Zərdab ş., R.Kərimov küç.

Ağcabədi ş., Nəsimi küç. (Ağcabədi rayon İcra Hakimiyyətinin yanı)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti