...

ADIF: Azərbaycanda bağlanan bankların müştərilərinə kompensasiyaların ödənişi ilə bağlı problem olmayacaq (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2016 12:00 (UTC +04:00)
Bu gün lisenziyası ləğv edilən "Texnikabank" ASC-nin sığorta olunan əmanətlərin həcmi ilkin məlumata görə, təqribən 70-80 milyon manat təşkil edir.
ADIF: Azərbaycanda bağlanan bankların müştərilərinə kompensasiyaların ödənişi ilə bağlı problem olmayacaq  (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 12:00-da yayımlanıb)

Bakı. Azad Həsənli - Trend:

Bu gün lisenziyası ləğv edilən "Texnikabank" ASC-nin sığorta olunan əmanətlərin həcmi ilkin məlumata görə, təqribən 70-80 milyon manat təşkil edir. Bunu Trend-ə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.

Azərbaycanda ilin əvvəlindən 7 bankın lisenziyası geri çağırılıb: "Texnikabank", "Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "NBCBank", "Atra Bank" və "Qafqaz İnkişaf Bankı".

Onun sözlərinə görə, bu hələ dəqiq məlumat deyil.

A.Cavadov qeyd edib ki, hazırda iki bank - "Bank of Azerbaijan" və "Gəncəbank" - müflis elan edilib: "Onların əmanətlərinin ümumi həcmi təqribən 26 milyon manat təşkil edir. Qalan banklar hələ müflis elan edilməyib. Əgər müflis elan edilərlərsə, biz ümumilikdə bu bankların əmanətləri üzrə təqribən 140-150 milyon manat kompensasiya ödəyəcəyik Bizim 132 milyon manatımızın olmasına baxmayaraq, Mərkəzi Bankla razılaşmışıq ki, zərurət yaranarsa, tənzimləyicinin özü çatışmayan vəsaiti qarşılayacaq. Buna görə də istənilən halda kompensasiyanın ödənilməsi ilə bağlı problem olmayacaq".

O, nəzərə alınmalı olan bir sıra faktorları qeyd edib: "Birincisi, bütün bankların müflis elan ediləcəyi məlum deyil. İkincisi, bu banklardakı sığorta olunan əmanətlərin dəqiq həcmi bankların bizə təqdim etdikləri məlumatdan fərqlənə bilər. Məsələn, "Bank of Azerbaijan" ilə vəziyyətdə bankın məlumatına görə, sığorta olunan əmanətlərin həcmi təqribən 36 milyon manat təşkil edirdi. Lakin yoxlamadan sonra məlum oldu ki, bu rəqəm cəmi 24 milyon manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti