...

ADIF "Bank Of Azerbaijan"ın müştərilərinə kompensasiyanın 25 faizindən çoxunu ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2016 15:17 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) yanvarın 29-dan bu günədək "Bank Of Azerbaijan"ın müştərilərinə 6,3 milyon manatdan artıq məbləğdə kompensasiya ödəyib.
ADIF "Bank Of Azerbaijan"ın müştərilərinə kompensasiyanın 25 faizindən çoxunu ödəyib

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) yanvarın 29-dan bu günədək "Bank Of Azerbaijan"ın müştərilərinə 6,3 milyon manatdan artıq məbləğdə kompensasiya ödəyib. Bunu Trend-ə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, sığortalanmış əmanətlər üzrə kompensasiya bankın 288-dən çox müştərisinə ödənilib.

A.Cavadov qeyd edib ki, 1 fevral saat 21:00-a ADIF 6,1 milyon manat məbləğdə kompensasiya ödəyib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı yanvarın 18-də "Bank Of Azerbaijan"ın lisenziyasını geri çağırmışdı. "Bank Of Azerbaijan"da sığortalanmış əmanətlərin həcmi 24 milyon manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti