...

"Bank of Azerbaijan"ın 430-dan çox əmanətçisinə 9 milyon manatdan artıq kompensasiya ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2016 20:36 (UTC +04:00)
“Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə kompensasiya ödənişi davam edir.
"Bank of Azerbaijan"ın 430-dan çox əmanətçisinə 9 milyon manatdan artıq kompensasiya ödənilib

Bakı. Trend:

Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan Trend-ə verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən 4 gün ərzində sənədləri qaydasında olan 430-dan çox əmanətçiyə 9 milyon manatdan artıq kompensasiya ödənilib.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

Qeyd edək ki, sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank" ASC və "Rabitəbank" ASC seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti