...

Azərbaycanda 3 müflisləşmiş bankın kompensasiyalarının ilkin məbləği açıqlanıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2016 14:16 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) müflisləşən 3 bankda əmanətlərin qaytarılması üçün ödəyəcəyi kompensasiyaların ilkin həcmi 28,83 milyon manat təşkil edəcək.
Azərbaycanda 3 müflisləşmiş bankın kompensasiyalarının ilkin məbləği açıqlanıb  (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:57-də yayımlanıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) müflisləşən 3 bankda əmanətlərin qaytarılması üçün ödəyəcəyi kompensasiyaların ilkin həcmi 28,83 milyon manat təşkil edəcək.Trend-in məlumatına görə, bunu jurnalistlərə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.

Hazırda "Bank of Azerbaijan", "Gəncəbank" və "United Credit Bank"da sığorta halları elan edilib.

Onun sözlərnə görə, "United Credit Bank" müştərilərinə ödəniləcək kompensasiyanın ilkin məbləği 2,72 milyon manat təşkil edəcək, lakin bu məbləği hələ təhlil etmək lazımdır.

A. Cavadov qeyd edib ki, hətta qalan ləğv edilmiş banklar (onların sayı 7-dir) müflis elan edilsələr, ADIF-in kompenasiya ödəmək üçün vəsaiti çatacaq.

İlkin məlumata görə, "Texnika Bank"da sığortalanmış əmanətlərin həcmi 79,34 milyon manat, "Atra bank"da 7,56 milyon manat, "Qafqaz İnkişaf Bankı"nda isə 1,52 milyon manat təşkil edir.

Fondun rəhbəri bildirib ki, əgər bu üç bank müflisləşmiş kimi tanınsa, kompensasiya edilən əmanətlərin ümumi məbləği 117 milyon manatdan bir az çox olacaq, fondun vəsaitləri isə 132 milyon manatdır: " Bu o deməkdir ki, bizim 14 milyon manatadan çox vəsaitimiz qalacaq".

O diqqətə çatdırıb ki, fond vəsait çatışmazsa, Mərkəzi Bankdan kredit cəlb edəcək: "Məlum olduğu kimi ADIF-in üzv banklarının ödədiyi təqvim haqları hesabına hər il biz təqribən 30 milyon manat alırıq. Bununla da fondun vəsaiti hər il dolur. Bundan başqa, qanunvericiliyə əsasən, bizim təqvim haqlarının həcmini artırmaq hüququmuz var, lakin rübdə 0,2 faizdən çox deyil. Həmçinin, biz (ADIF) "Bank of Azerbaijan"ın ləğvedicisi kimi vəsaitlərimizin bir qismini özümüzə qaytara biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti