...

Azərbaycanda daşınan əmlak reyestrinin yaradılması sahibkarlığın inkişafını sürətləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2016 17:05 (UTC +04:00)
Daşınan əmlak reyestrinin və özəl kredit bürosunun yaradılması kiçik və orta biznesin dəstəklənməsi və Azərbaycanın iqtisadi artımının təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycanda daşınan əmlak reyestrinin yaradılması sahibkarlığın inkişafını sürətləndirəcək

Bakı. Azad Həsənli - Trend:

Daşınan əmlak reyestrinin və özəl kredit bürosunun yaradılması kiçik və orta biznesin dəstəklənməsi və Azərbaycanın iqtisadi artımının təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev "Mərkəzi Asiyanın maliyyə bazarlarının infrastrukturu" məsləhət xidmətləri layihəsinin üçüncü mərhələsinin başlanmasına həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, bu layihə uzun müddətdir davam edir.

Z.Nuriyev ümid etdiyini bildirib ki, layihənin sonuncu mərhələsi uğurla başa çatacaq: "Banklar imkanları çərçivəsində bu layihəyə də dəstək verəcək. Hər iki layihə (daşınan əmlak reyestrinin və özəl kredit bürosu - red.) ölkənin postneft iqtisadi modelinə keçməsini rəsmi elan etməsini nəzərə alaraq, olduqca vacibdir və iqtisadi islahatlar məhz bu istiqamətdə reallaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti