...

Azərbaycan bankının rəhbərliyində yeni təyinat

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2016 18:51 (UTC +04:00)
Kamran Orucəliyev "Caspian Development Bank"ın İdarə Heyətinin yeni üzvü təyin edilib.
Azərbaycan bankının rəhbərliyində yeni təyinat

Bakı. Ənvər Məmmədov - Trend:

Kamran Orucəliyev "Caspian Development Bank"ın İdarə Heyətinin yeni üzvü təyin edilib.

Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, o bu vəzifədə Kamil Rüstəmlini əvəz edib.

Bununla da hazırda bankın İdarə Heyətinin tərkibinə üç nəfər daxildir: sədr Nadir Süleyman Yıldırım, İdarə Heyətinin üzvləri Zaur Əhmədov və Kamran Orucəliyev.

İbrahim Alışovun başçılıq etdiyi Müşahidə Şurasının tərkibi isə dəyişməz qalıb. Ondan başqa, Şuraya Fərid Hüseynov və Tural Quliyev daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti