...

Nəqliyyat Nazirliyi tərəfindən dəmir yolu nəqliyyatında sərnişinlər üçün elektron bilet satışının aparılması ləğv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2016 12:37 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışının aparılması ləğv edilib
Nəqliyyat Nazirliyi tərəfindən dəmir yolu nəqliyyatında sərnişinlər üçün elektron bilet satışının aparılması ləğv edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışının aparılması ləğv edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı Nazirlər Kabinetinin 2015-ci il 4 dekabr tarixli 374 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nda dəyişiklik edilib.

Dəyişikliyə uyğun olaraq, "Elektron xidmət növlərinin Siyahısı"na daxil edilmiş dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışı xidməti ləğv edilib. Bu xidmət Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti