...

"United Credit Bank"ın əmanətçilərinə kompensasiyaların ödənilməsi üzrə agent bank "Unibank" oldu (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2016 12:35 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sabahdan etibarən "United Credit Bank"ın əmanətçilərinə kompensasiyaları ödəməyə başlayacaq.
"United Credit Bank"ın əmanətçilərinə kompensasiyaların ödənilməsi üzrə agent bank "Unibank" oldu  (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:35-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sabahdan etibarən "United Credit Bank"ın əmanətçilərinə kompensasiyaları ödəməyə başlayacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.

"Unibank" agent bank təyin edilib, yəni "United Credit Bank"ın müştəriləri kompensasiya almaq üçün bu bankın filiallarına müraciət etməlidirlər.

O qeyd edib ki, ilkin məlumata görə, "United Credit Bank"da kompenasiya olunan əmanətlərin həcmi 2,72 milyon manat təşkil edir: "Biz bank üzrə məlumatları hələ tam təhlil etməmişik, çünki bir çox müştəri üzrə informasiya tam deyil. Fikrimcə, yaxın günlərdə bankın müştəri hesablarının tam təhlilini yekunlaşdıracağıq".

Xatırlayaq ki, fevralın 2-də "United Credit Bank" sığorta halı baş verib ki, bu da bankın əmanətçiləri qarşısında öhdəliklərini yerinə yetirmək qabiliyyətində olmaması ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti