...

Müflis olmuş "Gəncəbank"ın 12 müştərisi əmanətlərini geri alıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2016 18:26 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu "Gəncəbank"ın 12 müştərisinə təqribən 150 min manat ödəyib.
Müflis olmuş "Gəncəbank"ın 12 müştərisi əmanətlərini geri alıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:18-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu "Gəncəbank"ın 12 müştərisinə təqribən 150 min manat ödəyib. Trend-in məlumatına görə, bunu jurnalistlərə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, dəfələrlə xəbərdarlıqlara baxmayaraq, "Gəncəbank"ın müştəriləri fəallıq nümayiş etdirmirlər və əmanətlərini almağa tələsmirlər: "Bundan başqa, bəzi texniki problemlərimiz yaranıb. Bankın Bakı filialının əmanətçilərinin kompensasiyalarının bir hissəsi Gəncəyə göndərilib. Lakin tezliklə onlar agent bankların Bakı filiallarında kompensasiyalarını ala biləcəklər".

A.Cavadov qeyd edib ki, "Bank of Azerbaijan"ın əmanətçiləri arasında da fəallığın azalması müşahidə edilir: "Bu günədək 16 milyon manatdan çox kompensasiya ödəmişik. Əgər əvvəllər hər gün 2-3 milyon manat ödəyirdiksə, hazırda ödənişlər gündə 1,5 milyon manatadək azalıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti