...

A-Qroup şirkətinin sabit artım dinamikası

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2016 14:57 (UTC +04:00)
2015-ci ildə iqtisadi böhranın təsirlərinə baxmayaraq, A-Qroup Sığorta Şirkəti tərəfindən yığılmış sığorta haqları 12 629 347.62 AZN təşkil edərək sığorta haqlarında artım nümayiş etdirib. Şirkətin ümumi daxil olmalarının əsas hissəsi, adətən olduğu kimi, könüllü tibbi sığortanın payına düşüb.
A-Qroup şirkətinin sabit artım dinamikası

Bakı. Trend:

2015-ci ildə iqtisadi böhranın təsirlərinə baxmayaraq, A-Qroup Sığorta Şirkəti tərəfindən yığılmış sığorta haqları 12 629 347.62 AZN təşkil edərək sığorta haqlarında artım nümayiş etdirib. Şirkətin ümumi daxil olmalarının əsas hissəsi, adətən olduğu kimi, könüllü tibbi sığortanın payına düşüb.

Trend-ə verilən məlumata görə, 2015-ci il ərzində sığorta ödənişlərinin həcmi 7 247 912.67 AZN təşkil edib. Sığorta olunanlara gündəlik ödənişlərin həcmi 20 000 AZN-dən çox təşkil edib. 2015-ci il ərzində A-Qroup korporativ müqavilələrin sayını 15% artırıb.

Sabit müsbət artım dinamikası bir daha təsdiqləyir ki, A-Qroup Sığorta Şirkəti üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir.

A-Qroup sığorta bazarında 20 ildən artıq fəaliyyətini uğurla davam etdirir və 14 könüllü sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti