...

ADİF "Bank of Azerbaijan"ın əmanətçilərinə kompensasiyaların 70 faizdən çoxunu ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2016 10:40 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan”ın qorunan əmanətçilərinə 17,3 milyon manatdan artıq kompensasiyanı artıq ödəyıb.
ADİF "Bank of Azerbaijan"ın əmanətçilərinə kompensasiyaların 70 faizdən çoxunu ödəyib

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan"ın qorunan əmanətçilərinə 17,3 milyon manatdan artıq kompensasiyanı artıq ödəyıb.

ADİF-dən Trend-ə verilən məlumata görə, sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Ödənişlər bank-agent təyin edilmiş Muganbank və Rabitabank-ın filiallarında həyata keçirilir.

Gence Bank-ın əmanətçilərinə də kompensasiyaların verilməsi prosesi başlayıb. Proses Rabita Bank, Unibank və Kapital Bank-ın filiallarında həyata keçirilir.

Bank of Azerbaijan-da sığorta olunmuş əmanətlərin ümumi həcmi 24,2 milyon manat, Gence Bank-da isə 1,5 milyon manat təşkil edir.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti