...

Moskvadan Bakıya “Azərbaycan Hava Yolları” ilə cəmi 69 avroya

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2016 14:21 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” (AZAL) Moskvadan Azərbaycanın paytaxtına - Bakı şəhərinə olan uçuşlara yeni promo-aksiya elan edir.
Moskvadan Bakıya “Azərbaycan Hava Yolları” ilə cəmi 69 avroya

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" (AZAL) Moskvadan Azərbaycanın paytaxtına - Bakı şəhərinə olan uçuşlara yeni promo-aksiya elan edir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Budget" tarifi üzrə Moskva-Bakı aviabiletini fevralın 9-dan martın 1-dək əldə etdikdə qiymət cəmi 69 avro, Moskva-Bakı-Moskva istiqamətinə isə cəmi 158 avro təşkil edəcək. Qiymətə bütün vergi və yığımlar daxildir.

AZAL-ın Moskvadan Bakıya uçuşları hər gün "Domodedovo" və "Vnukovo" beynəlxalq hava limanlarından həyata keçirilir.

Qeyd edək ki, Bakıdan Moskvaya "Budget" tarifi üzrə aviabiletin qiyməti 89 avro, Bakı-Moskva-Bakı marşrutu üzrə isə - 129 avro təşkil edir.

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar. Proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz:

Moskvada: +7 (495) 660-17-77

Bakıda: (+99412) 598-88-80; *8880

e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti