...

Ət məhsulları istehsalçısı: Xaricdən ümumiyyətlə xammal almırıq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2016 15:16 (UTC +04:00)
“Marka” brendi altında “Fitnes” ət məhsulları layihəsinə rəhbərlik edən Rövşən Abdullayevlə müsahibə
Ət məhsulları istehsalçısı: Xaricdən ümumiyyətlə xammal almırıq (FOTO)

Bakı. Trend:

"Marka" brendi altında "Fitnes" ət məhsulları layihəsinə rəhbərlik edən Rövşən Abdullayevə bir neçə sual ünvanladıq:

- Firmanızın adından vaxtı keçmiş məhsullar satan əməkdaşlarınız saxlanılmışdı. Hazırda vəziyyət necədir?

- Bizim şirkətin hansısa işçiləri nöqsana yol verərək, vaxtı keçmiş məhsulumuzu satmaq istəyəndə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdılar. Bunun bizim istehsal etdiyimiz məhsulun keyfiyyətinə, bizim şəxsi həyatımıza heç bir dəxli yoxdur. Azərbaycan hüquqi dövlətdir. Ölkəmizdə qanunu pozan hər bir şəxs cəzasını alır. Bizim şirkətin iki əməkdaşının məsuliyyətsizlik edərək vaxtı keçmiş mal satması ilə bağlı istintaq aparılır. Amma onların əməllərinə görə biz məsuliyyət daşımırıq. Qoy, qanun kimin günahkar, kimin günahsız olduğunu müəyyənləşdirsin. Əgər biz həqiqətən də şirkət olaraq qanunları pozsaydıq, o zaman bu gün fəaliyyət göstərə bilməzdik. Müvafiq dövlət qurumları fəaliyyətimizi məhdudlaşdırardı. Faktiki olaraq çalışırıq, məhsullarımızı istehsal edib əhaliyə çatdırırıq. Kimsə də bizim malların keyfiyyətindən şikayətçi deyil.

- Səslənən başlıca iddialardan biri sizin məhsulların lazımi sertifikata uyğun olmadan "Halal" kimi təqdim olunmasıdır. Bu belədirmi?

- Bu fikirlər həqiqəti əks etdirmir. Şirkətin məhsullarının halal olmasına dair rəsmi dövlət qurumları tərəfindən verilmiş sertifikatı var və onu istənilən vaxt təqdim edə bilərik. Biz Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində "Halal" sertifikatı üzrə akkreditasiya olunmuşuq. Yəni istehsal etdiyimiz hər bir məhsulun halallığı qəti şübhə doğura bilməz. Nəzərinizə çatdırım ki, "Al-Sana" şirkəti ancaq yerli heyvanların ətindən istifadə edir. Eynilə, kolbasa və sosiska istehsalında istifadə olunan toyuqlar da yerli məhsullardır. Biz xaricdən ümumiyyətlə xammal almırıq. Bizim məhsulların keyfiyyətinin aşağı olduğunu iddia etmək isə ədalətsizlikdir.

- İstehsal etdiyiniz məhsulların özəlliyi nədədir?

- Bizim məhsulların əsas tərkib hissəsini toyuq filesi və bitki lifləri təşkil edir. İnsan üçün ən vacib ərzaqlardan biri ət sayılır, çünki o, əzələ toxumalarını bərpa edir və güc verir. Bu faktı da nəzərə almaq lazımdır ki, ət yağlı və yüksək kalorili ərzaq məhsuludur, ona görə də bu məsələnin ən optimal həlli qida rasionuna toyuq filesi kimi ət növünün əlavə edilməsidir. Digər ətlərlə müqayisədə toyuq filesinin kalorisi və yağlılığı az olduğu üçün o, dietik ərzaq sayılır. Məsələ bundadır ki, toyuq filesinin tərkibində yağ az, zülal isə çoxdur.

Həmçinin bitki lifləri bizim məhsullarımızın tərkib hissəsidir. Bitki lifləri insan orqanizmində həzm olunmadan mədə-bağırsaq sistemini tərk edir. Suda şişərək öd turşularını, zərərli maddələri, toksinləri, xolesterini, ağır metalları özünə çəkir və bədəndən xaric edir. Bu səbəbdən də bitki lifləri bağırsaq xərçənginin profilaktikası üçün gözəl vasitədir. Bitki lifləri istifadə zamanı özünə çoxlu su yığır və mədədə jeleyə dönərək toxluq hissi yaradır, buna görə də bitki lifləri pəhrizdə ən yaxşı vasitə sayılır. Tərkibində bitki lifləri olan ərzaqlar qanda şəkərin səviyyəsini normada saxlamağa, piylənmənin, aterosklerozun qarşısını almağa kömək edir və ürək-damar xəstəlikləri riskini azaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti