...

Azərbaycanda 3,4 min ədəd kənd təsərrüfatı texnikası lizinqə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2016 17:42 (UTC +04:00)
2015-ci il ərzində “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 3 397 ədəd kənd təsərrüfatı texnikası verilib.
Azərbaycanda 3,4 min ədəd kənd təsərrüfatı texnikası lizinqə verilib

Bakı. Ənvər Məmmədov - Trend:

2015-ci il ərzində "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 3 397 ədəd kənd təsərrüfatı texnikası verilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ümumilikdə ötən il 59,2 milyon manat dəyərində 1061 ədəd müxtəlif növ traktor, 759 ədəd kotan, 439 ədəd səpici aqreqat, 173 ədəd traktor yedəyi (qoşqular), 162 ədəd otbiçən, 116 ədəd taxılyığan kombayn, 22 ədəd ot dırmığı, 19 ədəd bağarası frez və 646 ədəd digər kənd təsərrüfatı maşın və avadanlığı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti