...

"Nobel Upstream" "Maclure" neft vә qaz yatağında 7,59 faiz iştirak payı əldә edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2016 12:12 (UTC +04:00)
Kәşfiyyat vә hasilat şirkәti “Nobel Upstream” “Maclure” neft vә qaz yatağında qeyri-operator qismindә 7,59 faiz iştirak payını “Shell” şirkәtindәn almaq üçün alqı-satqı müqaviləsi imzaladığını elan edib.
"Nobel Upstream" "Maclure" neft vә qaz yatağında 7,59 faiz iştirak payı əldә edib

Bakı. Trend:

Kәşfiyyat vә hasilat şirkәti "Nobel Upstream" "Maclure" neft vә qaz yatağında qeyri-operator qismindә 7,59 faiz iştirak payını "Shell" şirkәtindәn almaq üçün alqı-satqı müqaviləsi imzaladığını elan edib. Sövdələşmәnin tamamlanması zəruri təsdiqlәr alındıqdan sonra baş verәcәk.

"Nobel Upstream"-dan Trend-ə verilən məlumata görə, Böyük Britaniyanın Şimal dәnizi sektorunda yerlәşәn "Maclure" yatağı 1991-ci ildә kәşf edilmiş vә 2002-ci ildә istismara verilib.

Hazırda yataqda gündәlik hasilat 8000 bareldir vә operator vəzifәsi layihәdә 38,19% iştirak payına sahib olan "Maersk" şirkәti tәrәfindәn yerinә yetirilir. Bundan әlavә, aparıcı qlobal kәşfiyyat vә hasilat şirkәtlәri olan "TAQA" 37,04 faiz vә "Apache" 17,18 faiz iştirak payına sahibdir.

Bu əldəetmə "Nobel Upstream" şirkәtinin Keçmiş Sovet İttifaqı vә İqtisadi Әmәkdaşlıq vә İnkişaf Tәşkilatı ölkәlәrindә (Böyük Britaniyanın Şimal dәnizi sektoru, Qәrbi Texas) kәşfiyyat vә hasilat obyektlәrindәn ibarәt tarazlaşdırılmış portfelinin yaradılması strategiyasının tәrkib hisәsini tәşkil edir.

"Nobel Upstream" şirkәtinin Baş icraçı direktoru Ceremi Hak (Jeremy Huck) bildirmişdir: "Biz bu əldəetməni böyük mәmnunluq hissi ilә elan edir və digәr tәrәfdaşlarla vә, xüsusilә, bu obyektdә əmәliyyatların idarә olunması zamanı mükәmmәl bacarıqlar nümayiş etdirmiş "Maersk" şirkәti ilә әmәkdaşlıq edәcәyimizi sәbirsizliklә gözlәyirik. "Maclure" yatağındakı payın əldəetməsi inkişaf strategiyamıza tamamilə uyğundur və Azәrbaycan vә Şimali Amerikadakı mövcud portfelimizә mühüm әlavәdir. Biz bu yataqda әlavә potensial görürük vә onu Şimal dənizindә öz sinfindә ən yaxşı obyekt hesab edirik."

Maclure yatağıdan hazırda sutkada 8000 barel neft vә 4,3 milyon standart kub fut qaz hasil olunur. Maclure, operatoru Maersk şirkəti olan və 3 km qәrbdə yerlәşәn və neft hasilatı, saxlanması vә yüklәnməsini təmin edən Qrifon (Gryphon) adlı üzәn sisteminə dәnizdibi birlәşmәsi vasitәsilә istismar edilir. Maclure nefti Gryphon nefti ilә qarışdırılır vә tanker vasitәsilə ixrac olunur. İstismar xәrclәri aşağı olmaqla, әmәliyyat istismar әmsalı Şimal dәnizindә әn yaxşı göstәricilәr sәviyyәsindәdir.

Nobel Upstream neft vә tәbii qaz layihәlәri ilə mәşğul olan kәşfiyyat vә hasilat şirkәtidir. 2014-cü ildә Böyük Britaniyada tәsis edilmiş Nobel Upstream şirkətinin baş ofisi Londonda, texniki vә kommersiya qrupları Azәrbaycanın Bakı vә ABŞ-ın Texas ştatının Hyuston şəhәrlərində yerlәşir. Nobel Upstream şirkәtinin Azәrbaycanda vә Şimali Amerikada fəal layihәlәri vardır, vә bu vә digәr ölkәlәrdә sәrmayә imkanları axtarmaqda davam edir.

Daha ətraflı mәlumat üçün: http://www.nobelupstream.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti