...

Konfederasiya: Azərbaycan Hindistanla İT sahəsində əməkdaşlığı inkişaf etdirməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 13:20 (UTC +04:00)
İnformasiya texnologiyaları sahəsində Azərbaycanın Hindistanla əməkdaşlığı inkişaf etdirməsi faydalı olardı.
Konfederasiya: Azərbaycan Hindistanla İT sahəsində əməkdaşlığı inkişaf etdirməlidir

Bakı. Trend:

İnformasiya texnologiyaları sahəsində Azərbaycanın Hindistanla əməkdaşlığı inkişaf etdirməsi faydalı olardı. Trend-in məlumatına görə, bunu Make in India adlı tədbirin açılış mərasimində Azərbaycan Sahibkarları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

M.Musayev qeyd edib ki, Hindistan informasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biridir və Azərbaycan sahibkarları bu sahədə Hindistanla əməkdaşlıq imkanlarından yararlansalar yaxşı olar: "Biznes və birgə investisiyalar sahəsində əlaqələri inkişaf etdirmək, eləcə də birgə müəssisələr yaratmaq faydalı olardı"

Öz növbəsində Hindistanın Azərbaycandakı səfiri Sanday Rana qeyd edib ki. kənd təsərrüfatı, energetika, neft kimyası, əczaçılıq və digər sahələrdə iki ölkə arasında əməkdaşlıq faydalı ola ola bilər: "Hindistan böyük təcrübə topladığı kənd təsərrüfatında əməkdaşlığa xüsusilə maraq göstərir. Eyni sözləri Hindistanın böyük potensiala sahib olduğu əczaçılıq sahəsinə də aid etmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti