...

“AGBank”ın "Bank Standard”a birləşməsi barədə razılıq əldə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 13:02 (UTC +04:00)
“AGBank” ASC-nin “Bank Standard” KB-yə qoşulması ilə barədə razılıq əldə edilib.
“AGBank”ın "Bank Standard”a birləşməsi barədə razılıq əldə olunub

Bakı. Trend:

"AGBank" ASC-nin "Bank Standard" KB-yə qoşulması ilə barədə razılıq əldə edilib.

Trend-n məlumatına görə, bu barədə QSC "Bank Standard" KB-nin və "AGBank" ASC-nin birgə bəyanatında deyilir.

"AGBank" ASC QSC "Bank Standard" KB-yə qoşulması ilə bağlı "AB Standard" Şirkətlər Qrupuna müraciət edib. Bu müraciət əsasında Şirkətlər Qrupu tərəfindən niyyət protokolunun imzalanması barədə qərar qəbul edilib.

11 fevral 2016-cı il tarixdə imzalanmış Niyyət protokoluna əsasən tərəflər "AGBank"-ın "Bank Standard"a qoşulması prosesinin həyata keçirilməsi üçün əməkdaşlıq etməyə dair razılıq əldə ediblər.

Aidiyyatı işlərin görülməsi üçün hər iki bankın nümayəndələrindən, habelə audit və hüquq şirkətlərinin nümayəndələrindən ibarət işçi qrupu yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti