...

"Texnikabank"ın 20 340 əmanətçisinə kompensasiya ödəniləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 17:30 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) kompensasiya almaq üçün "Texnikabank"ın əmanətçilərindən müraciətlərin qəbuluna başlayıb.
"Texnikabank"ın 20 340 əmanətçisinə kompensasiya ödəniləcək

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) kompensasiya almaq üçün "Texnikabank"ın əmanətçilərindən müraciətlərin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bunu ADIF-in icraçı direktoru Azad Cavadov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bankın 20 340 sığortalanmış əmanətçisinə 123,2 milyon manat məbləğində kompensasiya ödəniləcək. Daha əvvəl bu məbləğ 79 milyon manat təşkil edirdi.

Qeyd edək ki, "Texnikabank" ASC-nin lisenziyası bu il fevralın 2-də Azərbaycan Mərkəzi Bankı tərəfindən geri çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti