...

ADIF bağlanmış bankların əmanətçilərinə kompensasiya ödəmək üçün kredit cəlb etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 18:13 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) martın sonunadək fondun üzv banklarından 17 milyon manat cəlb edə bilər.
ADIF bağlanmış bankların əmanətçilərinə kompensasiya ödəmək üçün kredit cəlb etməyə hazırdır

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) martın sonunadək fondun üzv banklarından 17 milyon manat cəlb edə bilər. Trend-in məlumatına görə, bunu ADIF-in icraçı direktoru Azad Cavadov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ADIF-in kompensasiya ödəmək üçün vəsaiti çatacaq, lakin zərurət yaranarsa, fond Azərbaycan Mərkəzi Bankından kredit cəlb edəcək. Kredit fondun üzvlərindən cəlb edilən vəsaitlər hesabına qaytarılacaq.

A.Cavadov qeyd edib: "Birinci rübün sonunadək banklardan rüblük haqları alacağıq, həmin haqlar təqribən 7 milyon manat təşkil edəcək. Bundan başqa, qanunvericiliyə əsasən, Mərkəzi Bankdan kredit cəlb ediləndə banklardan 10 milyon manat həcmində əlavə vəsait toplaya bilərik".

O bildiri ki, hazırda ADIF-in vəsaitlərinin həcmi 106 milyon manat təşkil edir ("Bank of Azerbaijan", "Gəncəbank" və "United Credit Bank"a ödəniləcək kompensasiyalar nəzərə alınmadan).

Daha əvvəl verilən məlumata görə, "Bank of Azerbaijan"ın əmanətçilərinə kompensasiyaların həcmi 24,2 milyon manat, "Gəncəbank"ın 1,5 milyon manat, "United Credit Bank"ın 2,7 milyon manat, "Texnikabank"ın isə 123,2 milyon manat həcmində qiymətləndirilir.

İndiyədək fond "Bank of Azerbaijan" və "Gəncəbank"ın əmanətçilərinə ümumilikdə 20 milyon manatfan çox vəsait ödəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti