...

Rövnəq Abdullayev "Günəşli" yatağındakı 10 saylı özüldə olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 18:09 (UTC +04:00)
Fevralın 12-də SOCAR prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülünə səfər edib.
Rövnəq Abdullayev "Günəşli" yatağındakı 10 saylı özüldə olub (FOTO)

Bakı. Trend:

Fevralın 12-də SOCAR prezidenti Rövnəq Abdullayev "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülünə səfər edib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, əvvəlcə, özülün yanğın söndürüldükdən sonrakı vəziyyətinə baxış keçirilib. Əsas istehsal qurğu və avadanlıqların, həmçinin quyuların vəziyyəti haqqında şirkət prezidentinə ayrı-ayrılıqda məruzə edilib. Sonra SOCAR-ın aidiyyəti rəhbər işçilərinin iştirakı ilə istehsalat müşavirəsi keçirilib.

SOCAR prezidenti yanğının söndürülməsindən sonra özüldə qəzanın nəticələrinin aradan qaldırılması qrafiki ilə tanış olub, bu istiqamətdə aparılacaq təmir-bərpa işlərinin əsas prioritetlərini vurğulayıb, təhlükəsizlik qaydalarına əməl olunmasının, ekoloji məsələlərə diqqət yetirilməsinin, təmir-bərpa işlərinin yüksək keyfiyyətlə aparılmasının və quraşdırılacaq avadanlıqların etibarlılığının mühüm əhəmiyyət daşıdığını söyləyib.

R.Abdullayev özüldə hasilat prosesinin planlaşdırılan müddətdə bərpa olunması məqsədilə görüləcək işlərdən danışıb, idarə və müəssisə rəhbərlərinə konkret tapşırıqlarını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti