...

Caspian European Club biznes problemlərinin tədqiqinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2016 11:03 (UTC +04:00)
Caspian European Club (Caspian Business Club) təşkil olunan biznes-forumlar çərçivəsində kiçik və orta biznes nümayəndələrinin problemlərinin fəal şəkildə tədqiqinə və həllinə başlayır.
Caspian European Club biznes problemlərinin tədqiqinə başlayır

Bakı. Trend:

Caspian European Club (Caspian Business Club) təşkil olunan biznes-forumlar çərçivəsində kiçik və orta biznes nümayəndələrinin problemlərinin fəal şəkildə tədqiqinə və həllinə başlayır.

Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini Telman Əliyev bildirib ki, fevral ayından maya ayına kimi olan müddət ərzində Azərbaycan Respublikası Milli Məclisinin (parlament) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Forundunun sədri Elman Mehdiyev, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun iştirakı ilə biznes-forumlar keçiriləcək.

Biznes-forumlar barədə məlumatla daha ətraflı www.caspianenergy.org saytında tanış olmaq mümkündür.

Telman Əliyev həmçinin vurğulayıb ki, Azərbaycan Prezident Administrasiyası, Milli Məclis (parlament), Nazirlər Kabineti və dövlət orqanlarını məhz onlar tərəfindən fəaliyyətləri nizamlanan konkret sahələrdəki mövcud vəziyyətlə bağlı məlumatlandırmaq məqsədilə həmin sahələrin problemlərini öyrənmək istiqamətində sahə klublarının fəaliyyətinin aktivləşdirilməsi həyata keçiriləcək.

Onun sözlərinə görə, Caspian Energy Award - 2016 (www.CaspianEnergyAward.com) və Caspian Business Award - 2016 (www.Award.CEO) beynəlxalq mükafatları üzrə səsvermə fəal şəkildə davam edir. Mükafatların təqdimetmə mərasimi 2016-cı il aprelin 27-də Bakıda təşkil olunacaq.

O, həmçinin qeyd edib ki, 2016-cı il yanvarın 25-də www.BrandAward.org saytında Caspian Brand Award - 2016 beynəlxalaq mükafatı üzrə internet səsverməsi start götürüb. Onun sözlərinə görə, Caspian Brand Award - 2016 beynəlxalq mükafatında yalnız Caspian European Club (Caspian Business Club) üzv şirkətlərin brendləri iştirak edə bilərlər. Səsvermənin nəticələri 2016-cı il mayın 25-də açıqlanacaq.

* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un tədbirinə istinad etmək mütləqdir.

Əlavə məlumat üçün:

E-mail: [email protected]; [email protected]
URL: www.caspianenergy.net;
www.caspianenergy.org;
www.caspianenergyforum.com;
www.caspianenergy.info;
www.caspianenergy.jobs;
www.caspianenergy.photo;
www.caspianenergy.tv;
www.caspianenergy.co.uk;
www.caspianenergy.ceo;
www.award.az;
www.oil-gas.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti