...

JTI şirkəti Azərbaycanda daha bir su təchizatı layihəsi həyata keçirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2016 14:37 (UTC +04:00)
JTI şirkəti Azərbaycanda daha bir su təchizatı layihəsi həyata keçirdi Japan Tobacco International (JTI) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.
JTI şirkəti Azərbaycanda daha bir su təchizatı layihəsi həyata keçirdi

Bakı. Trend:

Japan Tobacco International (JTI) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.

Sayca beşinci olan layihə Yardımlı rayonunun Şiləvəngə kəndində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Yardımlı rayon icra hakimiyyəti ilə birlikdə həyata keçirilib.

Açılış mərasimində çıxış edən Yardımlı rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov və MQF-nin Prezidenti Rauf Zeyni kənd ərazisində içməli su ilə bağlı ciddi problem olduğunu bildirərək, layihənin əhəmiyyətini qeyd etmiş və onun icrasında maliyyə dəstəyi göstərdiyinə görə JTI şirkətinə öz minnətdarlığını bildirmişlər. Daha sonra çıxış edən JTI şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin meneceri Əli Verdiyev JTI şirkətinin ölkədə həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrindən danışaraq, əhalinin içməli su ilə təminatına dəstək göstərilməsini şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etmişdir. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilmişdir.

Əhalisinin sayı 2,000-ə yaxın olan Şiləvəngə kəndində içməli su layihəsi MQF tərəfindən icra edilmişdir. Təxminən iki ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılmış, müvafiq borular və bir neçə tonluq çən quraşdırılmışdır. 2014-cü ildən başlayaraq JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Lerik və Balakən rayonlarında da su təminatı layihələri həyata keçirilmişdir. Bu layihələrin icrası nəticəsində 20,000-ə yaxın insan içməli su ilə təmin edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti