...

"AmCham" Bakıda kənd təsərrüfatı üzrə islahatlara həsr olunmuş tədbir keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2016 16:12 (UTC +04:00)
"AmCham" Bakıda kənd təsərrüfatı sahəsində islahatlara həsr olunmuş "dəyirmi masa" keçirəcək.
"AmCham" Bakıda kənd təsərrüfatı üzrə islahatlara həsr olunmuş tədbir keçirəcək

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") Azərbaycanda kənd təsərrüfatının inkişafına marağın artmasını nəzərə alaraq mart ayında bu sahədə islahatlara həsr olunmuş "dəyirmi masa" təşkil edəcək.

"Dəyirmi masa" çərçivəsində müvafiq sektordakı mövcud vəziyyət və bu sahənin dövlət subsidiyaları hesabına daha da inkişaf etdirilməsi üzrə açıq müzakirələr aparılacaq.

Sözügedən tədbirin daha yüksək səviyyədə keçirilməsi üçün "AmCham" kənd təsərrüfatının dövlət tərəfindən verilən subsidiyalar hesabına inkişaf etdirilməsinə dair təkliflərin qəbulunu elan edir. Təqdim olunacaq müvafiq təkliflər beynəlxalq təcrübədən irəli gələn nümunələrə əsaslanmalıdır.

Təkliflər 11 mart 2016-cı il tarixinədək "AmCham"ın Hüquqi və siyasi məsələlər üzrə məsul şəxsi Rəşid Məmmədova ([email protected]) göndərilməlidir.

Görüşün keçiriləcəyi yer və tarix barədə əlavə məlumat yaxın zamanda veriləcək.

"AmCham" haqqında:

"AmCham" Azərbaycan - Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, "AmCham" öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış "AmCham" 280-dan çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. "AmCham" Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə "AmCham"ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti