...

OPEK neft hasilatını azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2016 05:59 (UTC +04:00)
OPEK fevral ayının sonu etibari ilə neft hasilatını sutkalıq 280 min barrel azaldıb
OPEK neft hasilatını azaldıb

Bakı. Trend:

OPEK fevral ayının sonu etibari ilə neft hasilatını sutkalıq 280 min barrel azaldıb.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, neft hasilatındaki ən ciddi azalma İraqda qeydə alınıb. Belə ki, terror aktı səbəbindən fevralın 17-dən etibarən Şimali İraqla Türkiyəni birləşdirən neft boru xətti istifadə olunmur.

Səudiyyə Ərəbistanda və İranda hasilatın azalması qeydə alınmayıb.

Daha öncə, Rusiya, Səudiyyə Ərəbistanı, Nigeriya, Qətər və Venesuela neft hasilatını yanvar ayının göstəricilərinə uyğun dondurulmasına qərar vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti