...

Dövlət Dəniz Administrasiyasının nümayəndə heyəti Seula səfər edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2016 10:05 (UTC +04:00)
Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin 15 mart 2016-cı il tarixindən Koreyanın Seul şəhərinə səfəri başlayıb.
Dövlət Dəniz Administrasiyasının nümayəndə heyəti Seula səfər edib

Bakı. Trend:

Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin 15 mart 2016-cı il tarixindən Koreyanın Seul şəhərinə səfəri başlayıb.

Bu barədə Trend-ə Dövlət Dəniz Administrasiyasının Mətbuat Xidmətindən məlumat verilib.

Martın18-dək davam edəcək səfər çərçivəsində Koreyanın Okeanlar və Balıqçılıq Nazirliyinin və dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən bir sıra təşkilatların rəsmiləri ilə görüşlərin keçirilməsi, görüşlər zamanı qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri və qeyd edilən sahə ilə bağlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində, həmçinin "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun və "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsi və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya"ya əsasən sertifikatların (diplomların) tanınması haqqında Anlaşma Memorandumu"nun imzalanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti