...

2 banka 34,3 mln. dollar satıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2016 12:25 (UTC +04:00)
Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
2 banka 34,3 mln. dollar satıldı

Bakı. Trend:

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan Trend-ə verilən məlumata görə, bu vəsaitdən 34,3 milyon ABŞ dolları məbləğində vəsait 2 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti