...

Azərbaycan əhalisinin gəlirləri 10 %-dən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Mart 2016 17:59 (UTC +04:00)
2016-cı ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 10,2 % artaraq 6,46 milyard manata çatıb.
Azərbaycan əhalisinin gəlirləri 10 %-dən çox artıb

Bakı. Ənvər Məmmədov - Trend:

2016-cı ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 10,2 % artaraq 6,46 milyard manata çatıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin 2016-cı ilin ilk iki ayı üzrə hesabatında deyilir.

Hesabata əsasən, həmin dövr üzrə əhalinin adambaşına düşən gəlirlərin həcmi 673,3 manat təşkil edib ki, bu göstərici də ötən ilin analoji dövrü ilə müqayisədə 9 % artıqdır.

Hesabata əsasən, əhalinin sərəncamında olan gəlirlər göstərilən hesabat dövrü ərzində 5,77 milyard manat təşkil edib. Bu göstərici də ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 9.4 % çoxdur.

Əhalinin adambaşına sərəncamında olan gəlirləri 2015-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 8,1 % artaraq 601,4 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti