...

Azərbaycan bankının rəhbərliyində kadr dəyişikliyi olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2016 17:59 (UTC +04:00)
Turanbank Açıq Səhmdar Cəmiyyətində (ASC) kadr dəyişikliyi baş verib.
Azərbaycan bankının rəhbərliyində kadr dəyişikliyi olub

Bakı. Ənvər Məmmədov - Trend:

Turanbank Açıq Səhmdar Cəmiyyətində (ASC) kadr dəyişikliyi baş verib. Asif Abbasov Bank təhlükəsizliyi departamentinin direktoru vəzifəsini tərk edib.

Trend xəbər verir ki, bu barədə bankın rəsmi saytında məlumat verilib.

2015-ci ilin 31 dekabr vəziyyətinə görə, Turanbankın aktivləri 2014-cü illə müqayisədə 63 faiz artaraq 536,2 milyon manat təşkil edir.

Bankın nizamnamə kapitalı 50 milyon manat təşkil edib, 2014-cü illə müqayisədə 6,4 faiz artaraq bankın məcmu kapitalı 53,2 milyon manata çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti