...

Bank BTB-nin məcmu kapitalı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2016 15:36 (UTC +04:00)
Bank BTB yeni investor cəlb etməklə məcmu kapitalını artırıb.
Bank BTB-nin məcmu kapitalı artıb

Bakı. Trend:

"Bank BTB" ASC-nin səhmdarlarının ümumi yığıncağının 2 fevral 2016-cı il tarixli qərarına əsasən ümumi dəyəri 8,5 milyon ABŞ dolları olan subordinasiya borc öhdəliklərinin (istiqrazlar) emissiyası qərara alınıb.

Bankdan Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciət olunub, subordinasiya borc öhdəliklərinin buraxılışı (istiqrazlar) 23 fevral 2016-cı il tarixdə qeydiyyata alınıb və 17 mart 2016-cı il tarixli (qeydiyyat № AZ2001009441) yekun hesabata əsasən istiqrazların buraxılışı yekunlaşıb.

Bununla da yeni investor cəlb olunmaqla "Bank BTB" ASC-nin məcmu kapitalının məbləği artaraq 61 727 190 manat təşkil edib. Bu da məcmu kapitalın 31 dekabr 2015-ci illə müqayisədə 21% artımı deməkdir.

Bankın xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt - www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan "Facebook" səhifəsindən ətraflı məlumat almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti