...

"Unibank" sahibkarlara güzəştli kreditlərin verilməsini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2016 15:53 (UTC +04:00)
Yerli biznesə, bölgələrdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır.
"Unibank" sahibkarlara güzəştli kreditlərin verilməsini davam etdirir

Bakı. Trend:

Yerli biznesə, bölgələrdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır.

Unibank-dan Trend-ə verilən məlumata görə, ötən il bank tərəfindən təkcə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına ümumilikdə 4.7 mln. manat təşkil edən 130 kredit verilib. 2014-ci il ərzində isə Fondun vəsaitləri hesabına sahibkarlara 3.1 mln manatlıq 180 kredit ayrılıb.

Bu il üçün təsdiqlənmiş plana əsasən, "Unibank" SKMF-nin xətti ilə kreditlərin verilməsinə başlayıb. Sahibkarlığa Kömək Milli Fondunun xəttilə ayrılan kreditlər çox sərfəli şərtlərlə - illik cəmi 6%-lə verilir. Kreditlər kiçik, orta və böyük həcmdə olmaqla, 5 min manatdan 10 milyon manatadəkdir.

Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın "Qara Qarayev", "İçərişəhər", "Dərnəgül", "Yasamal" filialları və "Unibank - biznes mərkəzi"nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini bir qədər də gücləndirməkdir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" və "twitter" səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti