...

Maliyyə Bazarlarına Nəzarət Palatasında Azərbaycan Banklar Assosiasiyasının üzvləri ilə görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2016 20:23 (UTC +04:00)
Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasında Direktorlar Şurasının sədri Rüfət Aslanlının iştirakı ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri ilə görüş keçirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasında Azərbaycan Banklar Assosiasiyasının üzvləri ilə görüş keçirilib

Bakı. Trend:

Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasında Direktorlar Şurasının sədri Rüfət Aslanlının iştirakı ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri ilə görüş keçirilib.

Palatadan Trend-ə verilən məlumata görə, görüşdə bank icmasının üzləşdiyi aktual məsələlər, sektorun dayanıqlığının təmin edilməsi ilə bağlı əsas çağırışlar, sistem riskləri və onların həlli yolları istiqamətində fikir mübadiləsi aparıldı.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti