...

Caspian European Club fəaliyyətinin təşkilini dəyişir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2016 12:08 (UTC +04:00)
Caspian European Club (Caspian Business Club) aprelin 11-dən CEİBC-nin ali rəhbərliyinin qərarı ilə qapalı iş rejiminə keçir.
Caspian European Club fəaliyyətinin təşkilini dəyişir

Bakı. Trend:

Caspian European Club (Caspian Business Club) aprelin 11-dən CEİBC-nin ali rəhbərliyinin qərarı ilə qapalı iş rejiminə keçir. Bunu Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

"Bu gündən etibarən tərəfimizdən təşkil olunan tədbirlərdə, biznes-forum və dəyirmi masalarda yalnız Caspian European Club-un (Caspian Business Club) üzv şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak edə biləcəklər", - deyə T.Əliyev söyləyib.

"Bundan sonrakı tədbirlərimizdə, biznes-forum və dəyirmi masalarımızda fəal iştirak etmək istəyən şirkət rəhbərləri və nümayəndələri mayın 1-dək elektron qeydiyyat formasını dolduraraq Caspian European Club-a (Caspian Business Club) güzəştli şərtlərlə daxil ola bilərlər", - deyə o qeyd edib. Bu qərar Caspian European Forum, Caspian Energy Forum və Caspian Business Forum beynəlxalq forumlarına da şamil olunur.

T.Əliyev həmçinin qeyd edib ki, Caspian European Club-la (Caspian Business Club) əməkdaşlığa dair müqavilə imzalamış diplomatik nümayəndəliklərin, beynəlxalq maliyyə institutları və beynəlxalq təşkilatların başçıları, ali təhsil müəssisələrinin rektorları, biznes-assosiasiya və sahibkarlar ittifaqlarının rəhbərləri CEİBC-nin təşkil etdiyi biznes-forumlara bundan sonra da maneəsiz qatıla biləcəklər.

Onun sözlərinə görə, bu yeni qərar Caspian European Club-un (Caspian Business Club) media partnyorlarına aid deyil. "Onlar üçün əvvəllər olduğu kimi yenə də qısa mətbuat konfranslarında iştirak üçün şərait və biznes-forumun rəsmi hissəsinə qatılmaq imkanı yaradılacaq", - deyə Telman Əliyev vurğulayıb.

2016-cı il mayın 1-dək Caspian European Club-a (Caspian Business Club) daxil olan bütün şirkətlər CEİBC-nin digər üzv şirkətləri kimi özlərinə məxsus brendləri "Caspian Brand Award" (www.brandaward.org) beynəlxalq mükafatının səsvermə saytında ödənişsiz əsaslarla yerləşdirmək və eyni zamanda top-menecerlərinin ad və fotolarını "Caspian CEO Award" (www.award.ceo) beynəlxalq mükafatının səsvermə saytında səsə qoymaq imkanı əldə edəcəklər.

"Caspian Brand Award" (www.brandaward.org) beynəlxalq mükafatının rəsmi təqdimetmə mərasimi 2016-cı ilin payızında, "Caspian CEO Award" beynəlxalq mükafatının təqdimetmə mərasimi isə 2017-ci ilin qışında keçiriləcək.

Ümumiyyətlə CEİBC ilin sonuna kimi nazirlik və qurum rəhbərlərinin iştirakı ilə 20-dək biznes-forum təşkil etməyi planlaşdırır.

* Material, informasiya və məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un (Caspian Business Club) tədbirinə istinad etmək mütləqdir.

Əlavə məlumat üçün:
E-mail: [email protected]; [email protected]
URL: www.caspianenergy.net;
www.caspianenergy.org;
www.caspianenergyforum.com;
www.caspianenergy.info;
www.caspianenergy.jobs;
www.caspianenergy.photo;
www.caspianenergy.tv;
www.caspianenergy.co.uk;
www.caspianenergy.ceo;
www.award.az;
www.oil-gas.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti