...

Gəncə-Naxçıvan aviareysinə biletlərin bahalaşmasının səbəbi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2016 17:02 (UTC +04:00)
Gəncə-Naxçıvan aviareysinə biletlərin qiymətinin 60 manatadək artması uçuşun uzaq məsafəli olması ilə bağlıdır.
Gəncə-Naxçıvan aviareysinə biletlərin bahalaşmasının səbəbi

Bakı. Maksim Tsurkov - Trend:

Gəncə-Naxçıvan aviareysinə biletlərin qiymətinin 60 manatadək artması uçuşun uzaq məsafəli olması ilə bağlıdır. Belə ki, uçuş İran ərazisi üzərindən həyata keçirilir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Arif Məmmədov deyib.

O, əlavə edib ki, Bakıdan Naxçıvana aviabiletin qiyməti 70 manat təşkil edir: "Bununla yanaşı, hökumətdən 20 manat həcmində kompensasiya alırdıq və sərnişinlərdən 50 manat alırdıq. Gəncə-Naxçıvan reyslərində belə kompensasya yoxdur".

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının iclasında hava nəqliyyatı ilə Gəncə-Naxçıvan reysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 60 manat səviyyəsində təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti