...

AZAL-ın Bakı-Milan reyslərində yeni aksiya

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2016 14:45 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) artıq aprelin 15-dən etibarən yerinə yetirilməyə başlanacaq Bakı və Milan arasında reyslərdə yeni aksiyaya start verir.
AZAL-ın Bakı-Milan reyslərində yeni aksiya

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" QSC (AZAL) artıq aprelin 15-dən etibarən yerinə yetirilməyə başlanacaq Bakı və Milan arasında reyslərdə yeni aksiyaya start verir.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 12-dən iyunun 7-dək olan müddətdə Bakı-Milan-Bakı və Milan-Bakı-Milan marşrutu üzrə iki gediş-dönüş aviabileti alarkən ikinci aviabiletə görə inzibati yığımlar istisna olmaqla ödəniş tutulmayacaq.

Uçuşların müddəti: 15 aprel - 7 iyun, 2016-cı il

Aksiya çərçivəsində alınan aviabiletlər eyni bir reysə və xidmət sinfinə aid olmalıdır. Aksiyanın şərtlərinə əsasən, aviabiletlər yalnız birlikdə dəyişdirilə bilər.

Bundan əlavə, aksiya dövründə Milana uçan "AZAL Miles" proqramı iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.

A"ZAL Miles" bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilib: https://www.azal.az/az/azal-miles/miles-programme

Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat üçün: (+99412) 598-88-80; *8880; e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti